“İki dozadan 6 ay sonra üçüncü doza vurula bilər” - Nazir əvəzi

 13:11 05.11.2021     308

“Ölkəmiz lazımi miqdarda vaksin alır. 2021-ci ilin 18 yanvar tarixindən etibarən  vaksinasiya davam edir, ölkə əhalisinin 60 faizi iki doza peyvəndlənib”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan səhiyyə nazirinin müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, əhali iki doza vaksinasiyadan 6 ay keçəndən sonra üçüncü dozanı vurdura bilər: “Bizim statistik göstəricilər şəffafdır. Bu sahədə dünya ölkələri vaksinlərin paylanması ilə bağlı qlobal siyasət qəbul etməlidir”.

T.Musayev həmçinin qeyd edib ki, COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür. 

O əlavə edib ki, ölkədə pandemiyanın birinci günündən etibarən pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: “COVID çarpayılarının sayı 10 minə çatıb. Süni nəfəs aparatları gətirilib".