Səhiyyə naziri əvəzindən MÜRACİƏT: "Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik"

 13:57 05.11.2021     480

"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamlar aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".

Redaktor.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, pandemiya hələ bitməyib: "Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı, epidemoloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalarda qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".