İşsizlikdən Sığorta Fondunun maliyyə institutuna çevrilməsi təklif olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gələcəkdə maliyyə institutu kimi fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi” haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, sözügedən addım Fondun istifadə olunmayan vəsaitlərinin onun ümumi gəlirlərinin 20%-dən çox hissəsini əhatə etməsi nəzərə alınaraq atılmalıdır.