"Azəriqaz" Quba sahibkarlarının problemlərini dinləyəcək

 12:04 10.11.2021     485

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalice Diaqnistika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

2