"Azəriqaz”la ETSN arasında vacib razılaşma - FOTO

 15:23 10.11.2021     275

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Azəriqaz” İstehsalat Birliyi (İB) arasında növbəti işçi görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri iştirak ediblər.

Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.

22