Şəmkirdə korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır - VİDEO

 17:53 10.11.2021     448

Qarşıdan gələn qış aylarında abonentlərin təbii qazdan fasiləsiz və daha rahat istifadə etmələri üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, Şəmkir rayonunun Sabirkənd kəndində uzunluğu 1600 metr, diametri 108 mm olan qaz xəttinin torpaqla təmasda olan, korroziyaya uğrayan hissələrinin dayaqlar üzərinə qaldırılması işləri icra olunur. Bundan əlavə Şəmkir Regional qaz istismarı İdarəsinin Şəmkir xidmət sahəsi tərəfindən rayonun Bakı küçəsində pərakəndə şəkildə çəkilən kiçik diametrli qaz xətlərinin yenilənməsi işləri də həyata keçirilir. İstismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri bundan sonra da davam etdiriləcək.

Daha ətraflı video materialdan izləyə bilərsiz: