Əhliman Əmiraslanov: “Dərmanlarla bağlı ölkədə problemlər var”

 12:27 12.11.2021     522

“Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

“Bundan başqa, dərmanların qiymətləri bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var. Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - o deyib.(report)