Sahibə Qafarova Şəmkirdə göz xəstəliklərinin pulsuz müayinəsini təşkil etdi - FOTO

 15:28 12.11.2021     1257

Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşları, onların mənafeyi dayanır. Ötən illər ərzində xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılıb, respublikada sosialyönümlü siyasətin uğurla həyata keçirilməsi üçün mühüm tədbirlər, geniş sosial layihələr həyata keçirilib, əhalinin sağlamlığının qorunması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Bu istiqamətdə görülən işlərə Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları əvəzsiz töhfələr verib.

Redaktor.az-ın məlumatına görə, bu günlərdə Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə Şəmkir rayonunda göz xəstəliklərinin pulsuz müayinəsinin təşkil olunması da ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.

Qeyd edək ki, "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq, həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak edib. Bildirilib ki, əməliyyat olunmağa ehtiyacı olan pasiyentlər aksiya çərçivəsində yaxın günlərdə pulsuz əməliyyat olunacaqlar.

2222222