Bakı metrosunda qatarda problem yarandı

 13:30 13.11.2021     528

Bakı metrosunda qatarın hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a bildirib ki, hadisə "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda baş verib.

"Nəticədə qatara texniki baxış keçirilməsi üçün zərurət yaranıb. "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib. Əvəzinə xəttə yeni qatar verilib. Bir dəqiqəlik yubanma olub", - deyə qurum rəsmisi bildirib.