Bu gündən istilik veriləcək? - AÇIQLAMA

 10:59 15.11.2021     141

Bu gündən etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb.

Bunu Redaktor.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, gün ərzində qoşulmalar tamamlanacaq.

Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib. 2021-2022-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.