Bakıda bəzi binalara niyə hələ də istilik verilməyib? - AÇIQLAMA

 12:29 16.11.2021     469

Bildiyimiz kimi, noyabrın 15-dən mövsümün başlaması ilə əlaqədar ölkə ərazisində istilik sistemlərinin işə salındığı və istiliyin verildiyi açılanıb. Lakin hazırda Bakının bəzi ərazilərində mənzillərdə istilik təchizatı ilə bağlı problemlər yaşanır. Belə ki, mərkəzi qazanxana sisteminə qoşulan binalar hələ də istiliklə təmin edilməyib. Xüsusilə də havanın temperaturunun kəskin aşağı düşməsi vəziyyəti daha da pisləşdirir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Redaktor.az-a bildirib ki, hazırda ölkə üzrə qazanxanaların hamısı işləyir və onların fəaliyyətində hər hansı bir problem yoxdur:

"“Azəristiliktəchzat”ın bütün qazanxanaları hazırda işləyir. Əgər mərkəzi istilik sisteminə qoşulmuş hansısa binada və mənzillərdə istilik yoxdursa, bunun nə ilə bağlı olmasını yoxlayıb araşdırmaq lazımdır. Ümumiyyətlə, şikayətlərin hamısına fərdi qaydada yanaşılıb baxılır. İstilik təchizatında problem yaranarsa, vətəndaşlar bunun araşdırılması üçün 956 - Çağrı Mərkəzinə müraciət etsinlər. Amma bizim bu saat bütün qazanxanalarımız işləyir və heç bir problem yoxdur. Ola bilər ki, hər hansı binada istilik boruları bağlıdı və yaxud tutulub və bununla əlaqədar tənzimləmə aparmaq lazımdır".

Vumart və Güvən reklamı Vumart Güvən