Azərbaycanda "TÜRKOVAC"ın sınaqlarına yaxın vaxtlarda başlanıla bilər

 14:59 16.11.2021     95

Türkiyə Respublikasının diplomatik müraciəti əsasında Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər.

Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib. Onun sözlərinə görə, Azərbaycanda Türkiyənin koronavirusa qarşı "TÜRKOVAC" vaksininin üçüncü fazasının kliniki sınaqlarına bu yaxınlarda başlanıla bilər.

Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.