Bu restoranlarda pozuntular aşkarlandı

 17:38 16.11.2021     172

Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumata görə, 2021-ci il noyabrın 15-də ölkə üzrə 394 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Y. V. Çəmənzəminli küç., ev 52m ünvanında yerləşən, fiziki şəxs Əsgərov Ramin Yəhya oğluna məxsus “Barjomi” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu, Babək pr. 65B ünvanında yerləşən, fiziki şəxs Məmmədov Səbuhi Yunis oğluna məxsus restoran;

3. Bakı şəhəri, Səbail ‎ rayonu, Ü. Hacıbəyov küç., ev 38c ünvanında yerləşən, hüquqi şəxs "Basstone Restaurant" MMC-yə məxsus “Basston” restoranı;

4. Bakı şəhəri, Səbail‎ rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “Beearıf By Mydom” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;

6. Bakı şəhəri, Suraxanı‎ rayonu, Hövsan yolu, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;

7. Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən, fiziki şəxs Hətəmov Zair Məzahir oğluna məxsus "Love is" kafesi.