Gələn il orta aylıq əmək haqqının 807 manata çatacağı gözlənilir

 11:36 17.11.2021     425

Azərbaycanda bu il orta aylıq əmək haqqının 742 manata, növbəti ildə isə 807 manata çatacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

M.Quliyev bildirib ki, fonda ayrılan vəsaitin 96.7 faizini əhaliyə ödənişər təşkil edəcək: “Bu isə 5.2 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2021-ci ildə 331 manat, 2022-ci ildə isə 345 manat olacağı proqnozlaşdırılır”, - deyə M.Quliyev bildirib.