Qənirə Paşayeva dövlət qurumlarına çağırış etdi
“Azərbaycanda qazilərin və şəhid ailəsi üzvlərinin işlə təmin olunmasında problemlər var”.
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsindı deyib.
“Bütün dövlət qurumlarına çağırış edirəm ki, neçə qazini və şəhid ailəsi üzvünü işlə təmin etməsi barədə hesabat versin”, - o bildirib.












