Bakıda bu yollar bağlı olacaq - Sürücülərin nəzərinə

 11:03 18.11.2021     167

Bakının Yasamal rayonunda bəzi yollar bağlanacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, rayonun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.