Goranboyun bu ərazisinə qaz çəkilir - Deputat "Azəriqaz" rəhbərinə təşəkkür etdi

 12:25 18.11.2021     410

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy şəhərində 59-cu məhəllə adlanan ərazidə seçicilərlə görüşüb, onları narahat edən məsələləri dinləyib.

Redaktor.az xəbər verir ki, bu barədə deputat özünün feysbuk səhifəsində məlumat verirb.

"Onu qeyd edək ki, 59-cu məhəllə adlanan ərazi yeni yaşayış massivi olduğundan burada qaz xətlərinin olmaması sakinlərimizi narahat edən ən vacib məsələ idi. Bununla əlaqədar mövcud problemin aradan qaldırılması üçün “Azəriqaz” İB-yə müraciət etdik.

Artıq həmin ərazidə qaz xəttinin çəkilişinə başlanıldı. Müraciətimizə operativ reaksiya verdiyinə görə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyevə və rəhbərlik etdiyi kollektivə öz adımdan və seçicilərimiz adından təşəkkürümüzü bildiririk", - deyə Anar Məmmədov bildirib.

222222