Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) məlumat verib
Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.













