Azərbaycanda təhlükəli demoqrafik statistika

 23:36 23.11.2021     237

“Azərbaycan demoqrafik təhlükənin astanasındadır”. 

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən məlumat paylaşıb. 

Son 12 ilin başlıca demoqrafik göstəricilərini hər biri altı ildən ibarət olmaqla, iki ardıcıl dövrə bölən ekspertin sözlərinə görə, dinamikadakı bir sıra göstəricilər, o cümlədən, orta ömür uzunluğu şübhəli görünür:

“Ölkədə 1-ci dövrlə (2009-2014-cü illər) müqayisədə 2-ci dövrdə (2015-2020-ci illər) doğumların və nikahların sayı azalır, boşanmaların və ölümlərin sayı sürətlə artır. Əslində, bu dinamika bir sıra göstəriciləri, o sıradan orta ömür uzunluğunu da şübhəyə salır.

Görünür ki, pensiya yaşını artırmaq üçün orta ömür uzunluğu saxtalaşdırılaraq yalandan artırılır. Müharibədə şəhid verdiyimiz 3000-ə qədər gəncləri də nəzərə alanda, növbəti illərdə bu trend daha da güclənəcək, bu halda 5-10 ildən sonra Azərbaycanın gələcəyini təsəvvür edirsinizmi?”