"Azəriqaz" rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

 11:03 24.11.2021     314

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu noyabr ayının 26-da saat 12:00-da keçiriləcək.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, Baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Biləsuvar rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

2