Bakının bu rayonlarında su olmayacaq

 10:06 25.11.2021     441

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Redaktor.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.