Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlandı

 10:44 27.11.2021     475

Bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.

"Səhiyyə Nazirliyinin sosial şəbəkə hesablarına əks-göstəriş sertifikatları ilə bağlı daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, bugünə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib", - məlumatda qeyd edilir.