Azərbaycanda qadınların zorakılığa daha çox məruz qaldığı region açıqlandı

"Daha çox Mərkəzi Aran rayonlarda qadınlar zorakılığa məruz qalırlar".
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bununla bağlı təhlil aparılıb: "Qadınlara qarşı zorakılıq daha çox yaxınları tərəfindən olur. Qadınlara qarşı zorakılıq hallarında son illərdə artım yoxdur. Sadəcə, bu hallara reaksiyalarda artım var".