Redaktor.az yazdı, sakinlərin lift problemi həll olundu

 15:12 01.12.2021     261

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1, ev 6, blok 7 ünvanında yaşayan sakinlər həmin ünvanda liftin işləməməsi ilə bağlı redaksiyamıza müraciət edərək problemin həlli üçün köməklik istəmişdilər.

Məsələ ilə bağlı "Bakı Lift-Təmir" İstehsalat Birliyinə məlumat verdikdən sonra qurum tərəfindən araşdırmalarla müəyyənləşib ki, liftin xarab olmasına səbəb onun ehtiyyat hissəsinin oğurlanması olub.

Bu gün Redaktor.az-a yenidən müraciət edən sakinlər bildiriblər ki, artıq bu problem aradan qaldırılıb, lift işlək vəziyyətdədir.

Onlar bu problemin işıqlandırılmasına görə saytımıza və liftin düzəldilməsinə görə "Bakı Lift-Təmir" İstehsalat Birliyinə təşəkkürlərini bildiriblər.

Nuranə TOFİQLİ