Ceyhun Bayramov ölkə gənclərini təbrik etdi

 17:25 05.12.2021     389

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Redaktor.az  xəbər verir ki, XİN rəhbəri bu barədə özünün tviterdəki hesabında paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə nazir sosial şəbəkə hesabında yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən