Bakıda cütlük özünə 9 dəfə toy etdi

 17:10 10.12.2021     1320

Bakıda cütlük özünə 9 dəfə, ayrı-ayı günlərdə təkrar toy edib. Bu maraqlı hadisə şəhər restoranlarının birində baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, pandemiya qaydalarına uyğun olaraq şənlik mərasimlərinin 150 nəfərdən artıq qonaqla keçirilməsi qadağan olduğundan toy sahibləri bu yola əl atıblar. Onlar dəvət etmək istədikləri qonaqların sayını bölərək ayrı-ayrı günlərdə təkrar toy məclisi təşkil ediblər.

Bir neçə dəfə təkrar toy edənlərlə bağlı vəziyyəti öyrənmək üçün paytaxtın digər şadlıq sarayları və restoranları ilə əlaqə saxladıq.

Əlaqə saxladığımız restoranlar bu halla rastlaşmadıqlarını dedilər.

"Hollywood Saray" şadlıq evindən saytımıza bildirildi ki, eyni cütlük tərəfindən bir neçə dəfə təkrar toy etmək restoran sahiblərinə sərf etsə də, müştərilərə artıq xərc sayılır. "Ancaq belə müracitlərə rast gəlməmişik".

"Versal Palace"dan bildirildi ki, cütlük istənilən sayda özünə toy məclisi təşkil edə bilər və bununla bağlı müraciətlər olsa buna şərait yaradılacaq: "Amma bizim restoranda belə bir hal olmayıb".

"İnci Saray", "Pluton Hall",  "Sultan Saray", "Sarı gəlin", "Royal Saray" və "Su Səsi" şadlıq evlərindən də bildirildi ki, eyni cütlüyün təkrar toy məclisinə rast gəlməyiblər.

Nuranə TOFİQLİ

Vumart və Güvən reklamı Vumart Güvən