Bakıda avtobuslarda gediş haqqı qaldırılacaq? - RƏSMİ AÇIQLAMA

 13:13 07.12.2021     1249

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılacağı ilə bağlı məlumatlar yayılır. Bu barədə elə avtobus sürücüləri özləri danışır.

Bildirilir ki, qiymət artımı gəlin ilin yanvar ayında baş verəcək.

Bəs görəsən, bu iddialar nə dərəcədə doğrudur? Bakı Nəqliyyat Agentliyi (BNA) qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını BNA-nın mətbuat katibi Mais Ağayev cavablandırıb. O bildirib ki, qiymət siyasəti Tarif Şurası tərəfindən tərəfindən tənzimlənir. 

“Bakı Nəqliyyat Agentliyi tərəfindən Tarif Şurasına belə bir müraciət edilməyib”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən