Prezident 2022-ci il üçün yaşayış minimumunu və ehtiyac meyarını təsdiq etdi

 18:27 23.12.2021     888

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu təsdiq edib.

Redaktor.az xəbər verir ki, qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunu təsdiq edib.

Redaktor.az xəbər verir ki, qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vumart və Güvən reklamı Vumart Güvən