Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək - İlham Əliyev

 17:55 24.12.2021     1134

"Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi".

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Hadrutda hərbçilər qarşısında çıxış edərkən bildirib.

"Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır", - deyə dövlət başçısı vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən