Sabah bu rayonlarda qaz OLMAYACAQ

 17:43 27.12.2021     1451

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə 28.12.2021-ci il tarixdə saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.

"Azəriqaz" müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.