Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği AÇIQLANDI

 11:40 29.12.2021     1989

“2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir”. 

Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb: 

“Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”. 

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.

Vumart və Güvən reklamı Vumart Güvən