Kirayədə qalanların NƏZƏRİNƏ - Əlavə pul ala bilərsiniz

 12:12 29.12.2021     1071

“Kirayədə qalan şəxslər də ünvanlı sosial yardım ala bilər”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yardım üçün müraciət edən şəxs kirayə müqaviləsinin xərclərini rekvizitlərdə göstərməlidir: “Bu zaman kirayə xərcləri və ümumi xərclər nəzərə alınaraq ünvanlı sosial yardım almaq mümkündür”.