Azərbaycanda kişilərin və qadınların pensiya yaşı AÇIQLANDI

 15:07 03.01.2022     10281

Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.

Redaktor.az xəbər verir ki,  Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022-cidə kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023-cü ildə isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.