"Azəriqaz" limitlərin sıfırlanması ilə bağlı sualları cavablandıracaq

 11:40 06.01.2022     1530

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 07 yanvar saat 11:00-da başlayacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

"Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı ünvanlanan suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir", - məlumatda deyilir.

2
Vumart və Güvən reklamı Vumart Güvən