Açıq məkanlarda reklam yerləşdirmək üçün yeni qiymətlər müəyyənləşDİ

 15:36 06.01.2022     648

Azərbaycanda açıq məkanlarda yerləşdirilən reklamların yeni qiymətləri müəyyənləşib.

Dövlət Reklam Agentliyindən Redaktor.az-a verilən məlumata görə, açıq məkandakı reklam ekosisteminin inkişaf etdirilməsi, həm estetik görünüş, həm də funksionallıq baxımından müasir tələblərə uyğunlaşmaq üçün rəqəmsal reklam daşıyıcılarından istifadənin stimullaşdırılması qərara alınıb.

"İnkişaf etmiş ölkələrdəki kimi elektron monitor, tablo və digər reklam daşıyıcılarından daha çox istifadə olunsun deyə artıq bununla bağlı qanunvericiliyə bəzi dəyişikliklər də edilib. İndi rəqəmsal reklam daşıyıcılarından istifadə edən sahibkarlar onun ölçüsündən asılı olaraq daha az dövlət rüsumu və yayım haqqı ödəyəcəklər. Dəyişiklikdən əvvəl isə hesablama zamanı müasir tələblərə cavab verən bu qurğuların ölçülərinə görə aşağı məbləğ nəzərdə tutulmurdu", - agentlikdən bildirilib.

Qeyd edək ki, açıq məkandakı reklamlarla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına və “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.

Açıq məkanda elektron daşıyıcılarda reklam yayımına görə haqqın hesablanma qaydası

Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısı üzrə aşağıdakı məbləğdə hesablanır:

Sıra nömrəsi

Reklam daşıyıcısının növü

Reklam yayımına görə haqq (manatla, ƏDV-siz)

     

3.1.2.

Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.)

 

1.

20 kvadratmetrədək olduqda

hər kvadratmetrinə görə 12,0

2.

50 kvadratmetrədək olduqda

240 manat + 21 – 50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 9,0

3.

100 kvadratmetrədək olduqda

510 manat + 51 – 100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 7,0

4.

100 kvadratmetrdən artıq olduqda

860 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5,0

Açıq məkanda elektron daşıyıcılarda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

   

33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) :

 

33-1.2.1. 20 kvadratmetrədək olduqda

hər kvadratmetrinə görə 50 manat

33-1.2.2. 50 kvadratmetrədək olduqda

1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat

33-1.2.3. 100 kvadratmetrədək olduqda

1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat

33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda

1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat