"Azəriqaz"dan limitlərin sıfırlanması bağlı açıqlama

 11:33 07.01.2022     1909

“Bir neçə gün ərzində limitlərin sıfırlanması prosesini həyata keçirməyi düşünürük”.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, hazırda hər kəsi maraqlandıran əsas məsələ limitlərin sıfırlanması prosesinin həyata keçirilməsi ilə bağlıdır.

“Buna görə biz müvafiq prosesin mümkün qədər qısa zamanda həyata keçirilməsinə çalışırıq ki, abonentlərimiz də rahat olsun”, - deyə "Azəriqaz" rəsmisi bildirib.

Şəbnəm Mehdizadə