Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı AÇIQLAMA

 10:05 10.01.2022     297

Bakıda 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı iddialara münasibət bildirilib.

Məktəbdən Redaktor.az-a verilən məlumata görə, təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır.

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”, - deyə açıqlamada vurğulanıb.