Bakının bu küçəsində hərəkət dayandırıldı - Sürücülərin NƏZƏRİNƏ

 09:53 12.01.2022     496

Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, həmin küçədə yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq. Bu çərçivədə küçədə yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.

Sürücülərə Ağa Nemətulla, Aşıq Molla Cümə, İzzəddin Həsənoğlu və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.