Pensiyalar niyə artımsız verilir?

 11:29 12.01.2022     857

2022-ci ilin ilk ayı üzrə pensiyaların ödənilməsinə bugündən başlanılıb. Lakin vətəndaşlar pensiyanı köhnə məbləğində alıblar.

Redaktor.az xəbər verir ki, bu gün verilən pensiyalarda heç bir artım olmayıb. Halbuki 2022-ci ilin yanvar ayından pensiyalarda da artım olmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, gün ərzində məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək (axar.az).

Vumart və Güvən reklamı Vumart Güvən