Şamaxıda yeni yol çökdü - RƏSMİ AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda baş verən sürüşmə ilə bağlı məlumat yayıb.
Agentlikdən Redaktor.az-a bildirilib ki, avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.
Qeyd edilib ki, yuyulma yol kənarında baş verdiyi üçün nəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyinə və təhlükəsizliyinə hər hansı bir problem yaratmır.
“Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, - agentlikdən bildirilib.
Qeyd edək ki, Şamaxı rayonunda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.Rayon mərkəzindən 22 kilometr aralı məsafədə yerləşən bu yolda baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.