Sığınacaqlara verilən uşaqların sayı AÇIQLANDI

 16:14 14.01.2022     452

Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib, onlarla bağlı hüquqi tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması ilə bağlı 14 reyd keçirilib.

Bildirilib ki, 5 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib.