Uşağın döyüldüyü bağça sosial şəbəkədəki paylaşımları sildi - FOTOLAR

 20:04 14.01.2022     766

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəbəkə hesabına da diqqət çəkib.

Redaktor.az xəbər verir ki, bağçanın sosial şəbəkədə uşaqların yemək yeməsi ilə bağlı tez-tez paylaşılan görüntülər müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.

Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər “yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.

Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.

222