2022-ci ilin ən tələbatlı peşələri açıqlandı - Kuryer, taksi, satıcı

 23:23 16.01.2022     16944

Kvalifikasiya olmayan kadrlar, yəni ciddi ali təhsil , peşəkarlıq tələb etməyən işlər 2022 və hətta 2023-cü ildə ən çox tələb edilən sahələr olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı rekrutor İlqiz Valinurov açıqlama verib.

Hazırda bazarda ən öndə olan peşələr - taksi, kuryer, satıcı işidir.

2022-ci ildə alış-veriş aktual olacaq, eləcə də marketoloq, reklam mütəxəssisi, onlayn ticarət üzrə ekspertlərə tələbat olacaq.
Loqistika, çatdırılma xidməti, rəqəmsal transformasiya trenddədir.

İnsanlar şəxsi avtomobilin sərfəli olmadığı qənaətinə gəlib, ucuz taksi xidmətinə axın edir. Ona görə taksi sahəsi və burda işləyənlərin həmişə işi olacaq.