"Pensiyanın yenidən hesablanması ilə bağlı müzakirələr aparılır" - DSMF

 12:20 21.01.2022     808

“İşləyən əmək pensiyaçılarının təqaüdünün yenidən hesablanması qanunla tənzimlənir”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

“Həmin şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, 6 il və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər. Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın vaxtlarda bu, rəsmiləşəcək”, - o bildirib.