“Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq

 12:19 22.01.2022     790

Milli Məclisdə “Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu məsələ komitənin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib: “Bu qanunda əlavə və dəyişikliklərə ehtiyac var. Milli Məclisin əvvəlki sessiyalarında da bu məsələlər qaldırılıb. Qanunun monitorinqi aparılacaq, deputatlar öz fikirlərini söyləyəcək və hansı maddələrə dəyişiklik ediləcəyi müəyyənləşəcək”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası 26 yanvar 2022-ci ildə keçiriləcək (apa.az).

Vumart və Güvən reklamı Vumart Güvən