Karantində olan işçinin maaşı tam ödənilməlidir - Komitə sədrindən AÇIQLAMA

 14:31 29.01.2022     1979

Pandemiya dövründə ən çox problemlər yaşanan sahələrdən biri də işçi-müdür münasibətləri oldu. Belə ki, bəzi sahibkarlar, hətta media qurumlarının rəhbərləri karantində olan işçilərin əmək haqqını ödəməkdən imtina edir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev də bildirdi ki, vəziyyətdən sui-istifadə edən sahibkarlar var: 

“Koronavirusa yoluxan şəxslərin əmək haqqının kəsilməsi qətiyyən doğru deyil. Bu, Əmək Məcəlləsinin pozulması deməkdir. Belə hal olduğu zaman işçi Dövlət Əmək Müfəttişliyinə müraciət etməlidir. Onlar həmin müəssisənin bu sərt qərarını aradan qaldırmaqla yanaşı həmin sahibkarın özünü də cəzalandırmalıdır. Əmək Məcəlləsinə görə, xəstəlik dövründə, o cümlədən karantin dövründə olan işçinin əmək haqqı tam ödənilməlidir. Təəssüf ki, belə vəziyyətdən sui-istifadə edən sahibkarlar var amma bu yolverilməz haldır. Karantin rejimi və ya digər bir xəstəlik isanın özündən asılı olan bir məsələ deyil. Heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Həmin sahibkar özü də xəstələnə bilər. Digər tərəfdən Azərbaycan qanunvericiliyinə görə, bu qayda istər dövlət, istər özəl sektora bərabər formada şamil olunur”.  

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən