Nazirlik bu vətəndaşlara çağırış etdi: 1 fevral tarixindən...

 12:16 29.01.2022     817

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmək istəyən vətəndaşlara çağırış edib. 

Nazirlikdən Redaktor.az-a daxil olan məlumatda deyilir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə bu ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.

2
Vumart və Güvən reklamı Vumart Güvən