Sosial Xidmətlər Agentliyinin Çağrı Mərkəzinə ilk zəngi o etdi
Sosial Xidmətlər Agentliyinin 116-123 nömrəli Çağrı Mərkəzi yaradılıb.
Redaktor.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Hazırda Çağrı Mərkəzində 6 nəfər şəxs fəaliyyət göstərir. Mərkəzdə 4 istiqamət üzrə vətəndaşlara xidmət göstəriləcək".
Qeyd edək ki, Çağrı Mərkəzinə ilk zəngi Agentliyin sədri Vüqar Behbudov edib. Sədr Mərkəzin əməkdaşlarına vətəndaşlara xidmət göstərilməsi istiqamətində uğur arzulayıb.












