Azərbaycanda pensiya kapitalı kəskin qaldırıldı

 10:26 05.02.2022     2891

Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb.

Redaktor.az xəbər verir ki, hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir.

Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir"(report.az).

Vumart və Güvən reklamı Vumart Güvən