"Yanvarda qaz qəbulu 102 milyon kubmetrdən artıq olub" - “Azəriqaz”
Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib.
Redaktor.az xəbər verir ki, qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə “Azəriqaz” 102 milyon kubmetrdən artıqdır.
R. Əliyev bildirib ki, qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 9 milyon kubmetr artıq olub.
O həmçinin qeyd edib ki, qaz itkiləri ötən ilin yanvar ayındakı 8,8 %-dən bu ilin yanvar ayında 6,3 %-ə enib. Yəni itkilər 2,5 faiz bəndinə qədər azalıb.












